Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Zakir
Fərid Mövsümov 1987-ci il sentyabr 19-da Göyçay şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Fərid Mövsümov oktyabrın 30-da şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərid Mövsümov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvləri bildirir ki, Fərid çox vətənpərvər, istiqanlı, ailəcanlı, vətənini çox sevən gənc idi. Onun ürəyi təmiz, insansevər, münasibətcil, zarafatcıl xarakterləri vardı. Heç vaxt heç kimi xətrinə dəyməzdi. Hamı onun xətrini çox istəyirdi. Müəllimələri, dostları onu çox sevirdi. O qarşısındakı insana həmişə hörmətlə yanaşırdı. Çalışırdı hamıya yardım etsin, sülhsevər idi. Həmişə onunla fəxr edirik
Ata: Mövsümov Zakir Gaflan oğlu Ana: Süleymanova Rəfiqə Əlibala qızı Həyat yoldaşı: Cəlalova Elnarə Elman qızı Qardaş: Mövsümov Zaur Zakir oğlu