Muradov Əzizbəy Etibar
Polis kiçik serjantı
🇦🇿 Azərbaycan Şəhidi

Muradov Əzizbəy Etibar

Ata adı: Etibar

🐣
Doğum — Sabirabad Ulacalı kəndi
🕊️
Şəhadət — Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanası
📍
Dəfn Olunduğu Yer Sabirabad Ulacalı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Polis kiçik serjantı
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Zəngilan ⚔️ Cəbrayıl ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

  Muradov Əzizbəy Etibar oglu 1998-ci il fevral ayının 3-də Sabirabad rayonu Ulacalı kəndində  anadan olmuşdur. O, 2004-cü ildə Ulacalı kənd tam orta məktəbində təhsilə başlayır. Qarmona həvəsi olduğundan təhsilini Sabirabad rayon musiqi məktəbində davam etdirmişdir. Üzeyir Hacıbəyov  adına musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə sənədlərini vermişdir. Həmin il Hərbi komisarlıq tərəfindən hərbi xidmətə çağrılmışdır. 

  Hərbi xidmətini Şahbuz rayonunda keçmişdir. Hərbi xidmətini  başa vurduqdan sonra  musiqi təhsilini davam etdirir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq döyüşlərə qatılır."Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edirlir. 

  Vətənə və musiqiyə olan sevgisi Şuşada da biruzə vermiş, ilk dəfə Qarabağda Qarabağ şikəstəsi,İncə bellim, Şuşanın dağları mahnılarını  pianino və qarmonda ifa etmişdir. 44 günlük Vətən müharibəsindən qayıtdıqdan sonra Vətən sevgisi onun fikirlərini dəyişdirmişdir. Əzizbəy Muradov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin  Əlahiddə Çevik Polis Alayının  Xüsusi Təyinatlı taborunda xidmətə başlamışdır.

 Əzizbəy Muradov Antiterror əməliyyatları zamanı sentyabrın 18-dən 19-na keçən gecə Şuşa-Xankəndi istiqamətində əməliyyata gedərkən tank əleyhinə minaya düşmüş, ağır kəllə-beyin travması almış və 18 gün komada qalmışdır. Əzizbəy Muradov  2023-cü il oktyabr ayının 6-da şəhadətə ucalmışdır. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayon, Ulacalı kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Muradov Etibar Xanoğlan oğlu Ana: Muradova Fatma Şaban qızı Qardaş: Muradov Xanoğlan Etibar oğlu Qardaş: Muradov Ehtiram Etibar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər