Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Tahir
Habil Muradov 12 mart 2002-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Habil 2008-ci ildə Salyan rayonu 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olmuşdur. Daha sonra təhsilini Neftçala rayonu Cəngən kəndində davam etdirmişdir. 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur.
Habil Muradov 27 may 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Füzuli rayonunda başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə döyüşmüşdür. Son dəfə ailəsi ilə oktyabrın 4-də əlaqə saxlayıb. Habil Muradov oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz 8 oktyabr tarixində Neftçala rayonunun Beştalı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Habil Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Muradov Habil mülayim səmimi biri idi. Sakit təbiətli olmasına görə hamının yanında böyük hörmət sahibi idi. Uşaqdan-böyüyə hamı onu çox sevirdi.
Ata: Muradov Tahir Qabil oğlu Ana: Muradova Şamama Ağabala Qardaş: Muradov Cavid Tahir oğlu Bacı: Muradova Sona Tahir qızı