Muradov Hüseyn Fərhad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Muradov Hüseyn Fərhad

Ata adı: Fərhad

🐣
Doğum — Saatlı Cəfərxan kəndi
🕊️
Şəhadət — Xocavənd Hadrut
📍
Dəfn Olunduğu Yer Bakı Keşlə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

1994-cü il mayın 10-da Saatlı rayonu Cəfərxan kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 147 nömrəli Texniki-humanitar liseydən məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetibinin “Ümumi İqtisadiyyat” fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı 2011-2015-ci illərdə nümunəvi davranışları ilə seçilmiş, müəllim və tələbə kollektivinin rəğbətini qazanmışdır.
2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il “Aprel döyüşləri”ndə iştirak etmişdir. Bu döyüşlərdə vəzifəsi minaatan idi. Bölükdə minaatan batareyada fəaliyyət göstərmiş, artilleriyaçı olmuşdur. Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə şücaətlə qatılır. Vətən Müharibəsində pulemyotçu kimi döyüşmüşdür. Dəfələrlə döyüşlərdə böyük qəhrəmanlıqlar göstərir. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olmuşdur. Hüseyn Muradov Keşlə Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseyn Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hüseyn Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, vətənpərvər, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 147 nömrəli texniki humanitar litseyi
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Muradov Fərhad Ələkbər oğlu Ana: Muradova Məlahət Böyükkişi qızı Qardaş: Muradov Orxan Fərhad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər