Muradov Samir Tahir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Muradov Samir Tahir

Ata adı: Tahir

🐣
Doğum — Siyəzən
🕊️
Şəhadət — Xocavənd Ərgünəş yüksəkliyi
📍
Dəfn Olunduğu Yer Siyəzən Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Muradov Samir Tahir oğlu 30 dekabr 1995-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2002-ci ildə Siyəzən rayonu 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini bitirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Samir Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayıl rayonunun, Hadrutun, Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Muradov oktyabrın 22-də Xocavənd rayonu,Ərgünəş (dağ)ında gedən qızğın döyüşlər zamanı qarnından və ayağ nahiyəsindən aldıqı qəlpə yarası nəticəsində ön xətdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Samir Muradov  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidimiz ailənin tək oğlan övladı idi. Ondan böyük və kiçik iki bacısı var. Bir oğlan övladı olduğu üçün ailəsi ona xüsusi qayğı göstərirdi. Samir gülərüz, mehriban və səmimi bir insan idi. Dostları ilə yaxın münasibəti var idi. Məktəbdə dərslərində fəal şagird olduğu üçün müəllimlərinin sevimlisi olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Siyəzən şəhər 3 saylı orta məktəb
İş Yeri Gilan Holdinq
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Muradov Tahir Mövlud oğlu Ana: Muradova Mətanət Nizami qızı Bacı: Muradova Ədilə Tahir qızı Bacı: Hacıyeva Aytən Tahir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər