Muradov Siyavuş Akif
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Muradov Siyavuş Akif

Ata adı: Akif

🐣
Doğum — Beyləqan
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Beyləqan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Siyavuş Muradov 1991-ci il avqustun 5-də Beyləqan şəhərində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin atası Akif Muradov: “Oğlumun şəhid olacağını hiss edirdim” deyir: “Elə oldu ki, bir gün zəng etdi, dedi ki, sən döyüşdüyün yerdəyəm, Füzulidə. Bir neçə gün sonra da zəng etdi ki, Füzuliyə bayraq taxdıq. Kəndə gəlmişdi, bildim ki, hücumdan gəlib. Dedi, Zəngilandan gəlirik, bir stəkan çay içdi, yenidən yola düşdü. Amma görüşmədi bizimlə, dedi ki, halallıq verin, gedirəm mən. Ayın 25-i gecə zəng gəldi ki, Siyavuş şəhid oldu. Mən getdiyi gündən bilirdim ki, onun hər dəqiqəsi ölümdür. Hiss edirdim şəhid olacaq, amma heç kimə demirdim”.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 192 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Akif Muradov Ana: Ayna Muradova

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər