Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vaqif
Turan Muradov 5 dekabr 1994-cü ildə, Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşdur. Xasa kənd orta məktəbində təhsilini almışdır.
2013-2014-cü illərdə Füzuli rayonunda müddəti hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra, müddətdən artıq hərbi xidmətə başlayıb. Xidmətdə fərqlənməsinə görə, o gizir hazırlığı kursuna göndərilib. Kursu başa vurduqdan sonra, gizir rütbəsi alıb və manqa komandiri təyin olunub. II Qarabağ Müharibəsində ön cəbhədə döyüşüb. Bir neçə strateji yüksəkliyin azad olunmasında iştirak edib. Suqovuşan, Talış və başqa bir neçə kəndin azad olunması uğrunda döyüşüb. 25 oktyabr 2020-ci ildə, döyüşdə qəhrəmancasına şəhid olmuşdur. O, Körpükənd qəbristanlığında dəfn olunub. Eyni zamanda atası Muradov Vaqif Müseyib oğlu da, I Qarabağ Müharibəsində iştirak edib.
Azərbaycan Ordusunun giziri olan Turan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turan Muradov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turan Muradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Turan Muradov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Turan Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, mülayim idi, insandan ötrü canın verən bir oğul idi.
Ana: Muradova Nüşabə Surxay qızı Bacı: Niftəliyeva Şəmsiyyə Vaqif qızı Bacı: Bəkirova Şərqiyyə Vaqif qızı Bacı: Teymurova Həcər Vaqif qızı Qardaş: Muradov Nəsimi Vaqif oğlu Qardaş: Muradov Alim Vaqif oğlu