Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Cəsarət
Vüsal Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində anadan olub. Əslən Ağdam rayonunun Qasımbəyli kəndindən idi. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi.
Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Muradov oktyabrın 29-da Xocavənd döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Ən böyük arzusu Ağdamı görmək olsa da bu ona nəsib olmadı. Qubadlı, Cəbrayıl, Xocavənd, Zəngilan uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. İçindəki böyük döyüş ruhu ona həmişə irəli olmaq, igidliklə vuruşmaq, döyüş əzmiylə seçilmək imkanı verdi.
Anası: “Vüsalı tanıyanlar onun necə sözü bütöv, doğru-dürüst olduğunu deyirdilər. Azad fikirli, açıq sözlüydü balam! Müharibənin başlamasını səbirsizliklə gözləyirdi. İnşallah Əliyar, Şirin, Mübariz, Polad kimi oğulların qisasını alıb qayıdacağıq evimizə - demişdi...”
Ata: Muradov Cəsarət Səxavət Ana: Muradova Kəmalə Bəhmən qızı Qardaş: Muradov Yusif Cəsarət oğlu