Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əlifağa
Vüsal Muradov 03.02.1985-ci ildə Cəlilabad rayonu Babaxanlı kəndində anadan olub.
Muradov Vüsal Əlifağa oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz ailəli idi. Vüsalə, Yusif, Qəmər və Natiq adllarında 4 övladı Vətənə əmanət qalıb.
Vüsal Muradov Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü", ”“Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, qorxmaz, mehriban, səmimi, dostcanlı insan olub. Vətənini çox sevirdi.
Ata: Muradov Əlifağa Əlibala oğlu Ana: Muradov Gülnaz Ağaşir qızı Qardaş: Muradov Rza Əlifağa oğlu Qardaş: Muradov Pənah Əlifağa oğlu Qardaş: Muradov Balafər Əlifağa oğlu Bacı: Muradova Ramilə Əlifağa qızı Bacı: Muradova Aysun Əlifağa qızı Bacı: Muradova Aysel Əlifağa qızı Həyat yoldaşi: İlyasova Arzu Bəydil qızı Qızı: Muradova Vüsalə Vüsal qızı Oğlu: Muradov Yusif Vüsal oğlu Qızı: Muradova Qəmər Vüsal qızı Oğlu: Muradov Natiq Vüsal oğlu