Mürsəliyev Anar Səfər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mürsəliyev Anar Səfər

Ata adı: Səfər

🐣
Doğum — Xaçmaz
🕊️
Şəhadət — Tərtər Suqovşan
📍
Dəfn Olunduğu Yer Xaçmaz Qobuqırağı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Anar Mürsəliyev 21 noyabr 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2009-2019-cu illərdə orta təhsil almışdır.
Anar Mürsəliyev 8 yanvar 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir..

Azərbaycan Ordusunun əsgəri olan Anar Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Mürsəliyev 22 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 25 oktyabrda torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Anar Mürsəliyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

İdmançı olmuş şəhidimiz Xaçmaz "Cəngavərlər" İdman klubunun aktiv üzvü olub. Həmin klubun karate üzrə çempionatının qalibi olub. Çox cəsur və mərd döyüşçü olub. Vətənpərvər ruhda böyüyən Anar həm də qayğıkeş, dostcanlı yoldaş olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb C. Cabbarlı adina 6 sayli orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mürsəliyev Səfər Əmirşah oğlu Ana: Mürsəliyeva Məlahət Mahmudağa oğlu Bacı: Mürsəliyeva Fərqanə Səfər qızı Bacı: Mürsəliyeva Nuranə Səfər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər