Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Cəsur
Mürsəlzadə Elməddin Cəsur oğlu avqustun 7-si 2000-ci ildə Samux rayon Əhmədbəyli kəndində anadan olub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Qiyabi şöbənin “Bədən tərbiyəsi və idman” müəllimliyi ixtisasına qəbul olub.
Elməddin döyüşlərə könüllü yollanıb. Vəzifəsi kəşfiyyatçı-radiotelefonçu idi. 2020-ci ilin oktyabrın 15-dən 16-na keçən gecə Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra ”Vətən uğrunda “, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elməddin Mürsəlzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elməddin vətənpərvər övlad idi, vətənini sevən insan idi.
Ata: Mürsəlzadə Cəsur İsax oğlu Ana: Mürsəlzadə Əfsanə Napalyon qızı Qızı: Mürsəlzadə Aysel Cəsur qızı