📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Seyidməmməd
Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla kariyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Hərbi xidməti Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Musaoğlu 2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda”, 29 dekabr 2020 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ataməli Musaoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Valideynlərinin dediyinə görə çox cəsur, vətəninə bağlı olan bir övlad idi. Ali təhsilli çox savadlı uşaq olub. Ailəcanlıdır.
Ata: Musayev Seyidməmməd Ataməli oğlu Ana: Musayeva Leyla Səfərağa qızı Bacı: Musayeva Nərmin Seyidməmməd qızı Həyat yoldaşı: Musaoğlu Firuzə Ziyad qızı Qızı: Musaoğlu Gül Ataməli qızı