Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Mehman
Ayxan Musayev Mehman oğlu 22 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir.
2018-ci ildə Musayev Ayxan müddətli hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyyatda olan əsgər kimi, 27 sentyabr 2020 - ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020 - ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur. Yarası qismən sağaldıqdan sonra, Ayxan Musayev yenidən cəbhəyə yollanaraq könüllü sürətdə ön xətdə yazılmışdır. Ayxan Musayev Fizuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şüçaət göstərmişdir. 8 noyabr 2020-ci il tarixində Şuşa rayonu uğrunda gedən döyüşlərdə, Ayxan Musayev qəhrəmanlıq göstərmişdir, lakin ağır yaralanaraq hospitala yerləşdirilmiş və 20 günə yaxın ağır koma vəziyyətində qalmışdır. Həkimlərin səylərinə baxmayaraq 28 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.
29 noyabrda böyük izdihamla Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ayxan Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səmimi, zarafatcıl, dostlarını, ailəsini sevən insan olub. Əsgərlikdə olarkən tez-tez ailəsi ilə maraqlanardı. ”Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və “Azərbaycan uğurunda ən yaxşı bölük” adlı yarışda nailiyyətlərinə görə mükafatlandırılıb. Müəllilmlərinin sevimli şagirdi idi, onunla qürur duyurdular.
Ata: Musayev Mehman Rza oğlu Ana: Musayeva Aygün Cümşüd qızı Bacı: Musayeva Mərmər Mehman qızı