Musayev Bayram Mehman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Musayev Bayram Mehman

Ata adı: Mehman

🐣
Doğum — Sabirabad Qasımbəyli kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Sabirabad Qasımbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur.  Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Orta məktəbi Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində oxuyub. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq, traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım rəhmətə gedir, Bayram anadan yetim qalır.
Bayram Musayev 2019-cu ilin iyulunda Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonunun “N”saylı hərbi hissəsində keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda da hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. O, Yuxarı Axtaçı kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Musayev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bayram Musayev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Bayram 7 yaşından anadan yetim qalmışdı. 2019-cu ilin iyulunda hərbi xidmətə yollanmışdı. Hərbi xidmətini Ağdam rayonunda olmuşdu. 7 oktyabr 2020-ci ildə mərdliklə vuruşaraq şəhid olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qasımbəyli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Musayev Mehman Gəray oğlu Ana: Musayeva Qızbəst Əsgər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər