Musayev Ələkbər Əlövsət
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Musayev Ələkbər Əlövsət

Ata adı: Əlövsət

🐣
Doğum — Cəlilabad Mollalı kəndi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer Cəlilabad Mollalı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Atası - Əlövsət Musayev Qarabağ müharibəsi iştirakçısıdır. 2006-2017-ci illərdə şəhid Aqşin Mehdiyev adına Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbində orta təhsil almışdır.
Ələkbər Musayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 29-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb və Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ələkbər Musayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ələkbər Musayev  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, dostcanlı, mərd, qorxmaz, vətənpərvər, igid gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Aqşin Mehdiyev adına Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Musayev Əlövsət Təriş oğlu Ana: Məmmədova Təbərrik Bəyalı qızı Qardaş: Musayev Tural Əlövsət oğlu Qardaş: Musayev Ələsgər Əlövsət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər