Musayev Ramiz Kamil
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Musayev Ramiz Kamil

Ata adı: Kamil

🐣
Doğum — Göygöl Hacıməlik qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Göygöl Hacıməlik qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ramiz Musayev 2 avqust 1989-ci ildə Göygöl rayonunun Hacıməlik qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə Göygöl rayon Hacıməlik kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ailəlidir, 1 övladı var.

2008-ci ildən 2009-cu ilədək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2015-ci ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ramiz Musayev 25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində xidmət apararkən şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramiz Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl rayon, Hacıməlik qəsəbəsi 1 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Musayev Kamil Cavad oğlu Bacı: Musayeva Sevil Kamil qızı Qardaş: Musayev Ramil Kamil oğlu Qardaş: Musayev Elçin Kamil oğlu Həyat yoldaşı: Musayeva Ayşən Zöhrab qızı Qızı: Musayeva Ayan Ramiz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər