Musayev Səhman Qəşəm
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Musayev Səhman Qəşəm

Ata adı: Qəşəm

🐣
Doğum — Göygöl Göygöl rayonu
🕊️
Şəhadət — Ağdam Ağdam rayon Şenni kəndi
📍
Dəfn Olunduğu Yer Göygöl Göygöl rayon Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə

Həyat Yolu və Şəhadət Tarixçəsi

Musayev Səhman Qəşəm oğlu 2000-ci il 29 dekabrda Göygöl rayonunda dünyaya göz açıb. Təhsilini 4 nömrəli orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Tovuz Dövlət Sosial-İqtisadi Kollecində, Yer quruluşu və torpaq müfəttişliyi fakültəsində təhsil alıb. 2019-cu il 3 iyulda hərbi xidmətə 
Əsgər Səhman Musayev İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə xidmət göstərmişdir. Ağdam, Füzuli və Əsgəran rayonlarında döyüşmüş, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 2021-ci il 27 fevral tarixində Ağdam rayonununda qaldığı kazarmada təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən yanğından əsgər yoldaşlarını xilas edərkən şəhid olmuşdur. Cənazəsi dəfn edilmək üçün doğulduğu Göygöl rayonuna gətirilib və orada Göygöl Şəhidlər Xiyabanında dəfn edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Musayev Səhman Qəşəm oğlu uşaqlığından çox istedadlı idi. Rəsm çəkməyi çox sevirdi. Orta məktəbi bitirdikdən sonra Tovuz Dövlət Sosial-İqtisadi Kollecində, Yer quruluşu və torpaq müfəttişliyi fakültəsində təhsil alıb. 2019-cu il 3 iyulda hərbi xidmətə yollanıb. Əsgər Səhman Musayev İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə xidmət göstərmişdir. Ağdam, Füzuli və Əsgəran rayonlarında döyüşmüş, 2021-ci il 27 fevral tarixində Ağdam rayonununda qaldığı kazarmada təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən yanğından əsgər yoldaşlarını xilas edərkən şəhid olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl şəhər 4 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Musayev Qəşəm İbrahim oğlu ( 25.04.1967) Ana: Musayeva Elnarə Fərman qızı (03.11.1979) Qardaş: Musayev Sənan Qəşəm oğlu ( 26.11.1998)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər