Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Yadullayeviç
Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur.Milliyətcə azərbaycanlıdır.
İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər bu məktəbdə təhsil alan Musibov həmin il Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.2011-ci ildən N saylı hərbi hissədə taqım komandiri olaraq xidmət etmişdir. 2012 - ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursu keçib, Xüsusi Əməliyyət qrup komandiri vəzifəsində xidmət etmişdir.
2012-2016 - cı illər ərzində dəfələrlə döyüş tapşırığında iştrak etmişdir. Dəfələrlə hərbi hissədə və ordu arasında, xarici ordular arasında yarışlarda iştrak etmişdir.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
2018 - ci ildə ordu arasında keçirilen kəşfiyyatçı qrup yarışında 1-ci yerə layiq görülmüşdür.
"Efes-2018" Xüsusi Təyinatlılar yarışında iştrak etmiş və 24 ölkə arasında qrup olaraq 1-lik əldə etmişdirlər. Eyni ildə Xüsusi Əməliyyat taborunda əməlliyat zabiti olmuşdur. 2019-2020-ci illər ərzində Xüsusi Əməliyyat taborunun gərargah rəisi vəzifəsində vətənə xidmət etmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2019-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Ordusunun kapitanı olan Veysəl Musibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Veysəl Musibov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətənpərvər, torpaq həsrəti çəkən, dözümlü, iradəli, nümunəvi, mehriban, səmimi, ailəcanlı, savadlı insan olub.
Ana: Musibova Səməngül Məhəmməd qızı Həyat yoldaşı: Həsənova Məryəm Yasin qızı Qızı: Musibova Nilay Veysəl qızı Oğlu: Musibov Yadulla Veysəl oğlu