Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Habil
Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonunun Kalva kəndindəndir. Təhsilini 2002-ci ildə 286 saylı tam orta məktəbdə alıb. 2011- ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellərin idarə olunması" fakultəsinə daxil olub. Uşaq yaşlarından karate ilə məşğul olub və müəllimi dünya çempionu Eduard Məmmədov olub. 2014-cü ildə Yasamal rayonundan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsiylə təltif olunmuş, həm manqa komandiri, həm də məxfi rabitəçi olmuşdur. Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutmuşdur. Hərbi xidmətini 2016- cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurmuşdur.Elşən Müslümov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. 8 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik olmuşdur.
13 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Müslümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Müslümov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşən Müslümov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
12 iyul 2021-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində çavuş Müslümov Elşən Habil oğlunun xatirə lövhəsinin açılışı olub. Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə adı verilib.
Uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Döyüş yoldaşları arasında “cəngavər” ləqəbi qazanmışdı. Valideynləri onu “bayraq sevdalısı” deyə çağırıbmış.
Ata: Müslümov Habil Ağasəf oğlu Ana: Müslümova Şövqiyyə Muxtar qızı Qardaş: Müslümov Rövşən Habil oğlu Həyat yoldaşı: MüslümovaNəzrin Mətləb qızı Qızı: Müslümova Elnaz Elşən qızı