Mustafayev Əlizamin Baxış
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mustafayev Əlizamin Baxış

Ata adı: Baxış

🐣
Doğum — Tərtər Bəyimsarov kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Tərtər Bəyimsarov kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mustafayev Əlizamin Baxış oğlu 1999-cu il iyun ayının 21-də Tərtər rayonu Bəyimsarov kəndində anadan olub.

Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Əlizamin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Gülüstan, Ağ uçuq və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. 29.09.2020-ci il tarixində Ağuçuq istiqamətində gedən döyüşlərdə iştirak edib. 02.10.2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlizamin Mustafayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əlizamin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini, bayrağını sevən, səmimi, mehriban, saf, gülərüz, diqqətcil, bacarıqlı, idmanı sevən ailəcanlı gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən Kəlbəcər rayon 64 saylı orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mustafayev Baxış Musa oğlu Ana: Mirzəyeva Səliqə Əyyub qızı Qardaş: Mustafayev Məzahir Baxış oğlu Bacı: Mustafayeva Müşkünaz Baxış qızı Qardaş: Mustafayev Rizvan Baxış oğlu Qardaş: Mustafayev Mamed Baxış oğlu Qardaş: Mustafayev Nazim Baxış oğlu Qardaş: Mustafayev Saday Baxış oğlu Qardaş: Mustafayev Variyyət Baxış oğlu Qardaş: Mustafayev Akif Baxış oğlu Qardaş: Mustafayev Məhəmməd Baxış oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər