Mustafayev Elnur Nəcəf
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mustafayev Elnur Nəcəf

Ata adı: Nəcəf

🐣
Doğum — Bakı Binəqədi rayonu
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı Sulutəpə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elnur Nəcəf oğlu Mustafayev 11 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kəlbəcərin Ağcakənd, anası isə Oruclu kəndindəndir. Qeyd edək ki, Elnurun ata babası olan Abbas Mustafayev Kəlbəcər elinin tanınmış söz ustadlarından biri olub. "Dəmirçi" təxəllüsü ilə yazıb-yaradan Abbas kişinin bir neçə kitabı işıq üzü görüb. Onun ana babası Zakir Rüstəmov isə uzun illər Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru, həmçinin ingilis dili müəllimi işləyib.

Valideynlərinin, qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından qaçqın düşməsi Elnurun həyatında iz qoymaya bilməzdi. Uşaq vaxtlarından valideynlərindən, qohumlarından, xüsusilə də Firuzə nənəsinin dilindən düşmən tapdağı altında qalan yurdu barədə xoş xatirələri dinləyərək böyüyürdü Elnur. Bütün bunlar, həmçinin kiçik yaşlarından onun ailəsinə, vətəninə, dininə və mənəvi dəyərlərinə olan bağlarını daha da qüvvətləndirir, onun vətənə, qəhrəmanlarımıza olan sevgisinin formalaşmasında xüsusi rol oynayır.

Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayır. Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verir. O, yerli, həmçinin xarici (Türkiyə, İran, Dağıstan (Rusiya), Gürcüstan) yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. İran İslam Respublikasında, 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülür. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyir ki, "Ana, mən bu medalı Şəhidlərimiz üçün qazandım".

Elnur xasiyyətcə çox mehriban, gülərüz və dostcanlı biri idi.

Nəhayət, Elnur 18 yaşı tamam olduqdan sonra 2020-ci il mayın 7-si hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixində xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyata başlayır. Elnur da ilk gündən müharibədə iştirak etməyə başlayır. Cəsarət və şücaəti ilə seçilən Elnur müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə iştirak edir. Atası ilə telefon danışıqlarından birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyini deyir. Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş və hər fürsətdə ailəsini buna hazırlayırdı. 30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini gətirərkən xain düşmənin gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır.

Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xeyirxah, yardımsevər , vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu 135 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mustafaayev Nəcəf Abbas oğlu Ana: Mustafayeva Ulduz Zakir qızı Bacı: Mustafayeva Aynur Nəcəf qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər