Mustafayev Elvin Fəxrəddin
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Mustafayev Elvin Fəxrəddin

Ata adı: Fəxrəddin

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mustafayev Elvin Faxrəddin oğlu 14 mart 1992-ci ildə Daşkəsən rayonunda doğulmuşdur.
1998-ci ildə Daşkəsən rayonun Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2-ci sinifdən təhsilini Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 7-ci sinifdən isə Göygöl rayonunun 8 mart məktəbində davam etdirmişdir. 
2007-ci ildə 9-cu sinfi bitirdikdən sonra Astara Pedoqoji Kollecində Bədən tərbiyyəsi və idman müəllimi” ixtisasına daxil olmuşdur. 
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiq hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 
2011-ci ildən müxətlif səyyari işlərdə çalışmışdır. 
4 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunda MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbiçisi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən  “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
4 iyun 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, istiqanlı, yardımsevər, xeyirxah insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhər 28 saylı orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Mustafayev Faxrəddin Musa oğlu Ana: Mustafayeva Ulduz Əli qızı Həyat yoldaşı: Əbilova Gülnarə Elxan qızı Oğlu: Mustafayev Əbəlfəz Elvin oğlu Oğlu: Mustafayev Musa Elvin oğlu Qızı: Mustafayeva Elvina Elvin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər