Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Fuad
Mustafayev Elvin Fuad oğlu 7 avqust 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2014-cü ildə Gəncə şəhər 6 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir.
2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
2017-ci ildən Rusiya Federasiyyasında ticarətlə məşğul olmuşdur.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elvin Mustafayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən yenidən hərbi xidmətə çağrılmışdır. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
30 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. 28 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Subay idi.
Xoşxasiyyətli, cəsur, qorxmaz , mehriban, istiqanlı, ailəcanlı insan olub.
Ata: Mustafayev Fuad Nadir oğlu Ana: Mustafayeva Şövqiyyə Zilfəli qızı