Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əli
Mustafayev Hüseyn Əli oğlu 2 iyun 1989-cu ildə Ucar rayonunda anadan olub. Orta təhsilini Ucar royunu 6 saylı orta məktəbdə başlayan Hüseyn, daha sonra təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edib. Hərbi xidmətini tamamladıqdan sonra Təlim-Tədris Mərkəzində gizir hazırlığı kurslarında iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Mustafayev Hüseyn Əli oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Ucar Şəhidlər Xiyabanında dəfn edilib.
Hüseyn həmişə öz davranışı, hərəkətləri, və təlim-tərbiyyəsi ilə seçilirdi. O çox mərd, qorxmaz,cəsarətli igid bir oğlan idi. Hüseynin öz xarakterinə uyğun çoxlu sayda dostları var idi. O həmişə boş vaxtlarını dostları ilə birgə keçirirdi. O hələ uşaq yaşlarından hərbiçi olmaq arzusu ilə yaşayırdı. Onun vətəninə, torpağına olan sevgisi öz vətəninin azadlığı üçün canından keçərək Şəhidlik zirvəsinə yüksəltdi.
Ata: Mustafayev Əli Mustafa oğlu Ana: Mustafayeva Zenfurə İlyas qızı Qardaş: Mustafayev Zaur Əli oğlu Bacı: Mustafayeva Bahar Əli qızı Bacı: Tağıyeva Ulviyyə Əli qızı