Mustafayev Nicat Bəkir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mustafayev Nicat Bəkir

Ata adı: Bəkir

🐣
Doğum — Bakı Binəqədi rayonu, Binəqədi qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mustafayev Nicat Bəkir oğlu 2001-ci ilin oktyabr ayının 28-də Bakı şəhərində dünyaya göz açmışdı. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı rayonu Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsi yaşayırdı. 6 yaşında Q. Baxşıyev adına 179 saylı tam orta məktəbin 1 –ci sinifinə yollanmış və 9-cu sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etdirmişdi.

Mustafayev Nicat uşaqlıqdan idmanla maraqlanırdı. 7 yaşından fərqli idman növləri ilə, xüsusən güləş ilə məşğul olmuşdu. Çoxlu medal və diplomları var idi. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırmışdı. Ad günündən 2 gün sonra, oktyabrın 10-u həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində həqiqi hərbi xidmətə yollanmış və əsgərlikdə Nicat idmançı olduğuna görə, kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilmişdi. Bir il olardı əsgərliyə getmişdi. Nicat da digər igid qəhrəmanlarımız kimi döyüşə həvəslə, inamla, qəhrəmanlıq hissiylə qoşulmuş və igidcəsinə döyüşmüşdü.

Müharibənin başlamasından 2 gün qabaq sentyabrın 25-i günü anasına zəng edib “Ana, yenə təlimə gedirik. Bu axırıncı təlimimizdi. Burdan sağ-salamat qayıtdıq-qayıtdıq, bir də heç vaxt təlimə getməyəcəyik. Qayıtmasam, haqqınızı halal eləyin. Qayıtsam, gələndə hər şey yaxşı olacaq. Qoymayacağam atamla sən əziyyət çəkəsən, işləyəsən”.

Son dəfə ailəsiylə oktyabrın 3-ü telefonla danışıb. O tarixdən sonra Nicatla əlaqə qura bilməyiblər. Nicat ilk dəfə Murov istiqamətində döyüşüb. Ordan Füzuli, Cəbrayıl istiqamətinə yollanmış və Füzuli istiqamətində döyüşlərdə qarın hissəsindən snayper gülləsiylə vurulmuşdur. Azərbaycanın qəhrəman övladı, Azərbaycan bayrağını idman yarışlarında göylərə ucaldan Nicat indi də özü göylərə ucalmışdır. Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Nicat Bəkir oğlu Mustafayev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”,“Kəlbəcərin azad edilməsinə görə” medalları  və “III dərəcli Rəşadət ”ordeni ilə  təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Zarafatcıl, istiqanlı, ailəcanlı, səmimi insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu 179 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mustafayev Bəkir Şərif oğlu Ana: Mustafayeva Lalə Mehdi qızı Qardaş: Mustafayev Xalid Bəkir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər