Mustafayev Nihat Asəf
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mustafayev Nihat Asəf

Ata adı: Asəf

🐣
Doğum — Siyəzən
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Siyəzən Sədan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mustafayev Nihat Asəf oğlu 2004-cü il mart ayının 1-də Siyəzən rayonunda anadan olmuşdur. Nihat Mustafayev orta təhsilini Siyəzən şəhəri 3 saylı orta məktəbində  almışdır.  

Mustafayev Nihat Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mustafayev Nihat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsinin və dostlarının sözlərinə əsasən istiqanlı, səmimi, dostcanlı bir insan idi. Hər zaman ətrafındakı insanlara yardım etməsi ilə fərqlənirdi. Uşaqlıqdan marağı futbola idi, gələcəkdə futbolçu olmaq istəyirdi. Hərbi xidmətə marağı olub. Ailəsinin sözlərinə görə xidmətini Qarabağda keçməsi onu böyük fəxarət hissi verirdi. Dostları bildirir ki, Nihat hər zaman özünə şəhid olmağı arzu edirdi, hər zaman şəhid olacağını hiss etdiyini ifadə edirdi. Bəlkə futbolçu olmaq arzusu reallaşmadı amma şəhid olmaq qismət oldu.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Siyəzən şəhəri, 3 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mustafayev Asəf Səfər oğlu Ana: Əliyeva Fəqiqə Gülağa qızı Qardaş: Mustafayev Sənan Asəf oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər