Mustafayev Rasim Ərziman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mustafayev Rasim Ərziman

Ata adı: Ərziman

🐣
Doğum — Oğuz Xaçmaz kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Oğuz Xaçmaz kənd Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rasim Mustafayev 28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1997-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə məktəbi bitirmişdir.
Rasim Mustafayev Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rasim Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Rasim Mustafayev oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Rasim Mustafayev Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rasim Mustafayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rasim Mustafayev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Hər zaman səmimiliyi , mehribanlığı ilə seçilirdi. Rasim hər kəsə qayğı ilə yanaşır, insanların qəlbini qırmamağa çalışırdı. Ailəsinə olan diqqəti, qayğısı da unudulmazdır. Rasim hər kəs üçün örnək ola biləcək şəxsiyyətə sahib idi. Ailəsinin, onu sevənlərin yaddaşında dərin iz qoymuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu, Vüqar İbrahimov adına Xaçmaz kənd saylı orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Mustafayev Ərzuman Surxay oğlu Ana: Mustafayeva Rəqimə Mürvət qızı Həyat yoldaşı: Mustafayeva Kəmalə Baxış qızı Oğlu: Mustafayev Ayxan Rasim oğlu Qardaş: Mustafayev Famil Ərzuman oğlu Qardaş: Mustafayev Fazil Ərzuman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər