Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Zöhrab
Rüfət Mustafayev 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə almağa başlamış və 2013-cü ildə həmin məktəbdə məzun olmuşdur. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robototexnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü getmişdir.
27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış Vətən müharibəsinə əsgər Rüfət Mustafayev də qatılmışdır. Döyüşlərin ən qaynar nöqtələrində xidmətinə davam etmişdir. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur.
Oktyabrın 13-də əsgər Rüfət Mustafayevin nəşi əvvəlcə valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Şəhidin cənazəsi yaşadığı ərazidə izdihamla qarşılanmışdır. Oradan avtomobil karvanı ilə Sumqayıt Şəhidlər Xiyabanına yürüş olmuşdur. Rüfət həmin gün Sumqayıt şəhərinin dövlət rəsmilərinin, icra nümayəndəliklərinin, rəhbər şəxslərin və şəhər sakinlərinin iştirakı ilə yaylım atəşi ilə təntənəli şəkildə torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rüfət Mustafayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rüfət Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz, cəsarətli insan olub.
Ata: Mustafayev Zöhrab Şamxal oğlu Ana: Həsənova Afət Həsən qızı