Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ədalət
Qəzənfər Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Qəzənfər Mütəllimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Mərd, vətənpərvər, kəşfiyyatçı olub. Döyüş yoldaşları onu "pələng" ləqəbi ilə çağırırdı.
Ata: Mütəllimov Ədalət Qəzənfər oğlu Ana: Mütəllimova Minaxanım Əliyar qızı Həyat yoldaşı: Mütəllimova Zöhrə Fərman qızı Qızı: Mütəllimova Mələk Qəzənfər qızı Qızı: Mütəllimova Nişanə Qəzənfər qızı Bacı: İbrahimli İlahə Ədalət qızı Bacı: Şəkərova Esmira Ədalət qızı Bacı: Həsənova Şəhla Ədalət qızı