Nadirli Elvin Yurik
Кiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Nadirli Elvin Yurik

Ata adı: Yurik

🐣
Doğum — Füzuli Əhmədbəyli kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Füzuli Əhmədbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik çavuş
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nadirli Elvin Yurik oğlu 1995-ci il sentyabr ayının 13-də Füzuli rayonu Əhmədbəyli kəndində anadan olmuşdur. Elvin Nadirli orta təhsilini Mirmehdi Xəqani adına Musiqi təmayüllü gimnaziyada almışdır.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elvin Nadirli 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”,  “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Elvin Nadirli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elvin Nadirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mirmehdi Xəqani adına Musiqi təmayüllü gimnaziya
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Quliyev Yurik Nadir oğlu Ana: Quliyeva Sevinc Zeynal qızı Qardaş: Quliyev Elmin Yurik oğlu Qardaş: Quliyev Ramin Yurik oğlu Qardaş: Quliyev Nadir Yurik oğlu Qardaş: Nadirli Şəmistan Yurik oğlu Həyat yoldaşı: İsfəndiyarova Kifayət Teymur qızı Qızı: Nadirli Ayşə Elvin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər