Nadirli Nadir Arzu
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nadirli Nadir Arzu

Ata adı: Arzu

🐣
Doğum — Şəmkir Qasımallar kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şəmkir Qasımallar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi.
Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nadir Nadirli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəmkir şəhəri, Cahangir Rüstəmov adına tam orta məktəbi
Ali Təhsil Bakı Dövlət Universiteti
İş Yeri Gədəbəy AE MMC
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Alıyev Arzu Nadir qızı – 05.07.1966 Ana: Quliyeva Xədicə Abuzər qızı Bacı: Nadirova Çiçək Arzu qızı Həyat yoldaşı: Nağdəliyeva Qaratel Faxrəddin qızı Qızı: Nadirli Nadia Nadir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər