Nadirov Elçin Nadir
MAHHXHQ baş çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Nadirov Elçin Nadir

Ata adı: Nadir

🐣
Doğum — Şəki
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şəki II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ baş çavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elçin Nadirov 1987-ci il dekabrın 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elçin Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nadirov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, müsbət keyfiyyətlərin cəmləşdiyi biri olub. Yaralı olmasına baxmayaraq, 3 döyüş yoldaşını xilas etmişdir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki şəhər 2N-li məktəb, Fizika-Riyaziyyat təmayüllü litsey
İş Yeri N saylı hərbi hissə
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Nadirov Nadir Əliosman oğlu Ana: Nadirova Rəmziyə Aydın qızı Bacı: Hüseynova Ülkər Nadir qızı Həyat yoldaşı: Nadirova Svetlana Allahverdi qızı Qızı: Nadirova Arzu Elçin qızı Oğlu: Nadirov Zaur Elçin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər