Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İlyas
Fərid Nadirov İlyas oğlu 21 sentyabr 2000-ci ildə rayonun Üngütlü kəndində dünyaya göz açıb. İlk orta məktəb təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yola düşüb. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində torpaqlarımızın tam olaraq işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Keçirilən şiddətli döyüşlər zamanı 13 oktyabr tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
O, nişanlı idi. Əsgərlik xidmətini tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Daha sonra isə Göyçay Şəhidlər Xiyabanına aparılaraq orada böyük izdiham ilə son mənzilə yola salınıb. Elə həmin gündən etibarən atası İlyas Nadirov hər gün xiyabana gələrək igid oğlunun məzarı önündə ziyarət edir.
Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaətlər göstərdiyi üçün “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Nadirov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ağır təbiətli, mehriban, mülayim. gülərüz, ünsiyyətcil oğlan idi. Heç kimin xətrinə dəyməzdi .
Ata: Nadirov İlyas Şirməmməd oğlu Ana: Nadirova Gülbəniz Əli qızı Bacı: Mirzəzadə Firdanə İlyas qızı