Nadirov Rəşad Nadim
Кiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Nadirov Rəşad Nadim

Ata adı: Nadim

🐣
Doğum — Bərdə Bərdə rayonu
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bərdə Şəhidlər Xiyabani
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayonu Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri Nizami rayonu 61 nömrəli orta məktəbdə davam etdirib. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial İş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb. Ailədə 2 qardaş olublar. Subay idi.

2018-ci ilin aprel ayında qardaşı Elşad ilə birlikdə Bərdə rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində qardaşı ilə birlikdə iştirak etmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük şücayət göstəriblər. 29 oktyabr 2020-ci il tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş zamanı, yanında partlayan mərmi nəticəsində şəhid olmuşdur. Qardaşı isə yaralanıb. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəşad Nadirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının dediyinə görə çox istiqanli, çox mehriban idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Baki şəhəri, Nizami rayonu 61 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nadirov Nadim Nadir oğlu Ana: Nadirova Pərvanə Cəlal qızı Qardaş: Nadirov Elşad Nadir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər