Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əli-Səttar
Samir Nadirov 1992-ci il avqustun 16-da Sumqayıt şəhərinində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Nadirov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Samir Nadirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Ordusunun kiçik çavuşu Samir Cəbrayılın alınmasında iştirak edərək böyük mərdlik və sücaət göstərib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Hadrut qəsəbəsinin və Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhidlərimizin dəstəsi düşmən hücumundan qorunmaq üçün Hadruta giriblər, bu zaman düşmən tunelin qarşısını kəsərək Samirlə Birlikdə qalanları da gülləlləyiblər. Həmdə taborunun bütün şəxsi heyəti Vətən üçün canını fəda edərək şəhid olub.
Ata: Nadirov Əli-Səttar Hidayət oğlu Ana: Nadirova Railə Qiyas qızı Həyat yoldaşı: Nadirova Nərmin Faiq qızı Qızı : Nadirli Məryəm Samir qızı Oğlu : Nadirov Emil Samir oğlu Qardaş : Nadirov Nadir Əli-Səttar oğlu