Nadirov Siyasət Kamil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nadirov Siyasət Kamil

Ata adı: Kamil

🐣
Doğum — Sabirabad Şəhriyar kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Sabirabad Şəhriyar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

2001-ci il fevralın 18-də Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuşdur.Siyasət Nadirov 2018-ci ildə Şəhriyar kənd tam orta məktəbini bitirmişdir.
2019-cu ilin aprel ayında Sabirabad rayonunun Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Siyasət məharətli snayperçi olmuşdur. Goranboydakı “N”saylı hərbi hissədə əsgəri xidmətini başa vurub. Mətin döyüşçü Vətən müharibəsinin başladğı gündən döyüş əməliyyatlarına qatılıb.Bir neçə döyüş istiqamətində mənfur düşmənə qarşı qəhrəmancasına döyüşlər aparıb.Nadirov Siyasət Kamil oğlu Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailədə 9 uşaq olmuşdur. Siyasət isə ailənin son beşiyi olub. Siyasət Kamil oğlu Nadirov 21 noyabr 2020-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Siyasət Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Siyasət Nadirov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Siyasət Nadirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Siyasət Nadirov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur və mərd, səmimi və mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayonu, Şəhriyar kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nadirov Kamil Mətləb oğlu Ana: Nəzərova Məmləkət Əlabbas qızı Bacı: Abışlı Ellada Kamil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər