Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Müdəhətoviç
Vətən Müharibəsinin şəhidi Nağıyev Baloğlan Müdahət oğlu 29 oktyabr 1996-cı ildə Rusiya Federasiyası, Tomsk şəhərində anadan olub. Bərdə rayon Güloğlular kənd tam orta məktəbini bitirib. Müharibə zamanı sanitar təlimatçısı olub.
Azərbaycan Ordusunun əsgəri olan Baloğlan Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 24 oktyabrda 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Baloğlan Nağıyev döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra dövlət başçısı tərəfindən “Vətən uğrunda”, "Cəsur döyüşçü" “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Baloğlan Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atanın dediyinə görə mehriban, xeyirxah, qayğıkeş, vətənpərvər, torpağına bağlı gənc olub. Hər zaman çalışıb ki, imkansızlara kömək etsin.
Ata: Nağıyev Müdəhət Baloğlan oğlu Ana: Ramanova Marina Mixayovna Nənə: Nağıyeva Məxmər Yusif qızı Qardaş: Nağıyev Samir Müdəhət oğlu Qardaş: Nağıyev İlkin Müdəhət oğlu Qardaş: Nağıyev Həmid Müdəhət oğlu Qardaş: Nağıyev Cuma Müdəhət oğlu Bacı: Nağıyeva Elmira Müdəhət qızı