Nağıyev Əli Elşən
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nağıyev Əli Elşən

Ata adı: Elşən

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Astara
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nağıyev Əli  Elşən oğlu 2005-ci il  dekabr ayının 13-də Gəncə şəhərində anadan olub. O, Gəncə şəhər 22 saylı tam orta məktəbdən məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. 2024-cü il iyun ayının 9-da Hərbi xidmətdə olduğu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən ildırım vurması nəticəsində həlak olub. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Nağıyev Əli  Elşən oğlu Gəncə Şəhər Şəhidlrə xiyabında dəfn edilib.

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Nağıyev Əli  Elşən oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. 

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Nağıyev Əli   Elşən oğlu oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, cəsur, mərd insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri 22 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nağıyev Elşən Aydın oğlu Ana: Nağıyeva Xədicə Adil qızı Bacı: İbrahimova Şövkət Elşən qızı Bacı: Nağıyeva Gülşən Elşən qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər