Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mehman
Nağıyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əli sadə və zəhmətkeş ailənin oğlu, utancaq və mədəni gənc idi.
Bu sakit təbiətli Vətən övladı İkinci Qarabağ müharibəsi başlayan kimi bir an belə düşünmədən həvəslə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb.
Azərbaycan Ordusunun baş çavuşu olan Əli Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xovavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Əli Nağıyev 22.10.2020 Xocavənd rayonu alban kilsəsinin qarşısında düşmənin əks hücumunun qarşısını alarkən şəhid olmuşdur
Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, əsgər Nağıyev Əli Mehman oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, əsgər Nağıyev Əli Mehman oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nağıyev Əli Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əli olduqca sakit və utancaq insan olub.
Ata: Nağıyev Mehman Xıdır oğlu Ana: Nağıyeva Lalə Zakir qızı Qardaş: Nağıyev Qadir Mehman oğlu