Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Təyyar
Əslən Füzuli rayonundan olan Fərid Nağıyev, 16 iyun 1996-cı ildə Beyləqan rayonunun Şərq kəndində anadan olmuşdur.
Fərid Nağıyev 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Baş leytenant olan Nağıyev müharibənin müxtəlif cəbhələrində vuruşmuşdur. 30 noyabr saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Nağıyev qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olmuşdur. O, 2 dekabrda Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların, o cümlədən Nağıyevin "şəhid" statusunu aldığını bildirmişdir.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbbi qulluqçusu Fərid Nağıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Fərid Nağıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Təmkinli, ciddi, dostcanlı, mehriban vətənpərvər insan kimi xatırlanır.
Ata: Nağıyev Təyyar Aqil oğlu Ana: Nağıyeva Mehriban Vaqif qızı Qardaş: Nağıyev Namik Təyyar oğlu Qardaş: Nağıyev Sahil Təyyar oğlu