Nağıyev Nicat Azad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nağıyev Nicat Azad

Ata adı: Azad

🐣
Doğum — Yevlax Əcəmi kəndi
🕊️
Şəhadət — Goranboy Kəhrilər xarabalığı
📍
Dəfn Olunduğu Yer Yevlax Əcəmi kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Goranboy

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Nağıyev Nicat Azad oğlu 1995-ci il fevralın 21-də Yexlax rayonunun Əcəmi kəndində anadan olub. O, 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağrılıb.

Nicat Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Kəhrillər xarabalığı, Dostagir, Talış və Suqovuşan yaşayış məntəqələri istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşüb.

Nicat Nağıyev 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nicat Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax rayonu, Əcəmi kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nağıyev Azad Nağı oğlu Ana: Nağıyeva Aişə Şahlı qızı Qaradaş: Nağıyev Rəşad Azad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər