📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Həsənbala
Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub.2005-ci ildə 2 nömrəli tam orta məktəbə gedib,2009-cu ildə 2 nömrəli Uşaq Musiqi məktəbinə daxil olub.2014-cü ildə Şəki regional Musiqi Kollecinə daxil olmuşdur.2018-ci ildə Musiqi Kollecini bitirmişdir. Subay idi. 2018-ci ildə iyunun 11-i Hərbi xidmətə yollanib. O, 2020-ci il yanvarin 10-u hərbi xidməti bitirib qayitmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-da Ağdərə istiqamətində şəhid olub. Şəki şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Toğrul Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ünsiyyətcil, mehriban, insanlara özünü sevdirməyi bacaran biri olub. Səfərbərlik elan olunan zaman 4 dəfə avtobusa minib getmək istəsə belə, adı çıxmadığı üçün onu avtobusdan düşürüblər. İsrarları nəticəsində nəhayət 30.09.20-ci il tarixində yola düşüb. Onun bu inadkarlığına görə Şəki komissarlığı ona "könüllülərin komandiri " adını verib.
Ata: Nağıyev Həsənbala Ələkbər oğlu Ana: Nağıyeva Əntiqə Əhməd qızı