Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əmirastan
Vüsal Nağıyev 1990-cı il yanvarın 10-da Goranboy rayonu Buzluq kəndində anadan olub. 1996-cı ildə S.Pirəliyev adına Buzluq kənd tam orta məktəbinə gedib.
Ailəli idi. Ayxan və Əmirxan adında 2 oğul övladı yadigar qaldı.
Sənəddə doğum günü 10 yanvar yazıldığı üçün 12 yanvar 2008-ci ildə həqiqi hərbi xidmətə getmişdir. 5 may 2009-cu ilədək Qazax rayonunda müddətli həqiqi hərbi xidmət keçib. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı", 2018-ci ildə "Gizir hazırlığı" kurslarını bitirib. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 8 dekabr 2018-ci il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
2020-ci il sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi zamanı Talış kənd, Suqovuşan, Murovdağ döyüşlərində iştirak etmişdir. Oktyabrın 30-u Murovdağ yüksəkliyində yaralıları çıxartmağa çalışarkən düşmənin atdığı artilleriya mərmisi nəticəsində şəhid olmuşdur. Oktyabrın 31-i Goranboy rayonunun Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev 24.06.2021-ci il tarixli Sərancamına əsasən Vüsal Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərancamına əsasən Vüsal Nağıyev ölümündən sonra "Cəsur döyüşcü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Gülərüz, istiqanlı, mehriban insan idi.
Ata: Nağıyev Əmirastan Ələstan oğlu Ana: Nağıyeva Cəmilə Əliş qızı Qardaş: Nağıyev Tural Əmirastan oğlu Bacı: Nəcəfova Cəmalə Əmirastan qızı Həyat yoldaşı: Nağıyeva Tünzalə Fərrux qızı Oğlu: Nağıyev Ayxan Vüsal oğlu Oğlu: Nağıyev Əmirxan Vüsal oğlu