Namazov Mahmud Ələsgər
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Namazov Mahmud Ələsgər

Ata adı: Ələsgər

🐣
Doğum — Ağstafa Qıraq Kəsəmən kəndi
🕊️
Şəhadət — Füzuli Fizuli rayonu
📍
Dəfn Olunduğu Yer Ağstafa Qıraq Kəsəmən kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mahmud Namazov 1992-ci il martın 1-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. Onun bibisi oğlu — 2018-ci ilin Günnüt əməliyyatı zamanı şəhid olan əsgər Adil Tatarovdur.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahmud Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahmud Namazov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mahmud Namazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, xeyirxah insan olduğu deyilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayon, X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəb
İş Yeri N saylı hərbi hissə
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Namazov Ələsgər Əsgər oğlu Ana: Namazova Gülsənəm Hüseyn qızı Qardaş: Namazov Elvin Ələsgər oğlu Bacı: Namazova Aygün Ələsgər qızı Bacı: Cəlilova Elgün Ələsgər qızı Həyat yoldaşı: Kərimova Gülçin Abbas qızı Qızı: Namazova Sultan Mahmud qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər