Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Xudaverdi
Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət fərdi əməklə məşğul olmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı.Xəyal Namazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında Xudat Sərhəd Dəstəsində etmişdir. 2008-ci ildə hərbi xidmətini başa vuran Xəyal Namazov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlərdə Xəyal Namazov AQS-21 silahı ilə manqa komandiri olaraq vuruşurdu. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdə fəal iştirakına görə Xəyal Namazov dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Azərbaycan Ordusunun çavuşu olan Xəyal Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonunun Qaraxanbəyli və Seyidəhmədli kəndləri istiqamətində keçirilən əməliyyatlarda fərqlənmişdir. Xəyal Namazov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Namazov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Xəyal Namazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox sakit, mülayim, vətənpərvər insan olub.
Atası: Namazov Xudaverdi Əfqan oğlu Anası: Şahbazova Natella Tapdıq qızı Qardaş: Namazov Köçəri Xudaverdi oğlu Həyat yoldaşı: Namazova Elza Allahqulu qızı Oğlu: Namazov Adəm Xəyal oğlu qızı