Nəbiyev Elçin Fikrət
Polkovnik
🇦🇿 Azərbaycan Şəhidi

Nəbiyev Elçin Fikrət

Ata adı: Fikrət

🐣
Doğum — Balakən Xalatala kəndi
🕊️
Şəhadət — Xızı Qaraheybət Aviasiya Poliqonu
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Polkovnik
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elçin Nəbiyev 10 dekabr 1967-ci il tarixdə Balakən rayonunun Xalatala kəndində, ziyalı ailəsində anadan olub. 1986 – 1990-cı illərdə Aviasiya marşalı V.A.Sudsa adına Stavrapol Pilot və Şturman Ali Hərbi-Aviasiya Məktəbində(ru) (rus.: Ставропольское высшее военно-авиационное училище лётчиков и штурманов имени маршала авиации В. А. Судца) taktiki aviasiya sturmanı (rus.: штурманская тактическая авиации) ixtisası üzrə təhsil alıb.
Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində isə uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan şəxslərdən biri olub.
30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində 53 yaşında həlak olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Elçin Nəbiyev  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1 dekabr 2021-ci il tarixdə Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qorxmaz, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xalatala kənd orta məktəbi
Ali Təhsil Stavropol pilot və şturman Ali Hərbi-Aviasiya məktəbi
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Nəbiyev Fikrət Ana: Nəbiyeva Bahar Həyat yoldaşı: Nəbiyeva Şəlalə Oğlu: Nəbiyev Hüseyn Elçin oğlu Oğlu: Nəbiyev Niyazi Elçin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər