Nəbiyev Nicat Ramil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəbiyev Nicat Ramil

Ata adı: Ramil

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Ramil oğlu Nəbiyev 16 dekabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki 39 nömrəli orta məktəbdə alıb. Təhsilini peşə məktəbində davam etdirən Nicat “Avtomobil istismarı” ixtisasını bitirib.

2019-cu ilin iyun ayında hərbi xidmətə yollanıb. Goranboydan Ağdama kimi xidmət yolu keçib. Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan ön cəbhədə olub. Oktyabrın 1-də minamyot qəlpəsindən şəhidlik zirvəsinə ucalıb.

Anası Əfsanə Əbülfətova oğlu haqqında bunları deyir: “Nicat 11 yaşından işləyib, həmişə ailəyə kömək etməyə çalışıb. Nicatdan başqa daha bir oğlum var. Mütəmadi telefonla danışırdıq. Ötən ilin yanvarında isə son görüşümüz olub”.

Şəhid anası Nicatla son danışığını belə xatırlayır: “Oktyabrın 1-də danışdım. Çox sakit tərzdə danışırdı və vəziyyətin yaxşı olduğunu deyirdi. Sanki həmin günü şəhid olacağını bilirmiş. Mənimlə danışandan bir neçə saat sonra düşmənin atdığı minamyot atışı nəticəsində alın hissəsindən qəlpə yarası alıb. Ağır yaralanan Nicat yerindəcə keçinərək şəhid olub”.

Ə. Əbülfətova hələ Nicatın 5 yaşı olanda həyat yoldaşından ayrılıb. Ana Nicatı və qardaşı 3 yaşlı Samiri o vaxtdan tək böyüdüb: “Mən onları çox çətinliklərlə böyütdüm. Lakin bütün çətinliklərə baxmayaraq Nicatın ürəyində mərhəmət hissi, insanlara qayğı, kömək və yardım etmək duyğusu daha çox idi. Mən onunla ana bala deyil, dost, ən yaxın rəfiqəm kimi idim. Bütün sirrimi, sözümü onunla paylaşırdım, o da həmçinin mənimlə. Lakin döyüşdən, hərbi xidmətindən heç bir sirrini, çətinliyini mənimlə paylaşmazdı. Elə hər danışanda deyirdi, hər şey çox yaxşıdır. Uşaqlıq dostu Orxana deyərdi problemlərini, çətinliklərini. O da sağolsun, heç vaxt Nicatın istəklərinə laqeyd, biganə yanaşmayıb. Hətta Nicat döyüşlərə qatılan zaman mənə nəsə olsa dostum Orxana zəng etsəniz kifayət edər deyib və onun nömrəsini vermişdi”.

Nicat Nəbiyev oktyabrın 1-i düşmən tərəfindən atılan artileriyya atəşi zamanı 20 nömrəli döyüş mövqeyində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nicat Nəbiyev “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltib olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nicat Nəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Hamıya əl tutan, nizamlı, ailəcanlı, vətənpərvər, qoçaq, mərd, cəsur bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər 39 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Əbülfətova Əfsanə Əlövsət qızı Ata: Nəbiyev Ramil Bayram oğlu Qardaş: Nəbiyev Samir Ramil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər