Nəbiyev Orxan Rza
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Nəbiyev Orxan Rza

Ata adı: Rza

🐣
Doğum — Şamaxı Qurdtəpə kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Şamaxı Qurdtəpə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Nəbiyev 1995-ci il yanvarın 22-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.
Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı.

Azərbaycan Ordusunun leytenantı olan Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mərd, qoçaq, vətənpərvər bir insan olub. Döyüş yoldaşını xilas edərkən şəhid olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayon Texniki Humanitar liseyi
Ali Təhsil Azərbaycan Dövlət Pedaqoji Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəbiyev Rza Uruf oğlu Ana: Nəbiyeva Sevinc Əziz oğlu Qardaş: Nəbiyev Əmirxan Rza oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər