Nəbiyev Zaur Ələddin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Nəbiyev Zaur Ələddin

Ata adı: Ələddin

🐣
Doğum — Şəmkir Ələsgərli kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Şəmkir Ələsgərli kənd qəbirsanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zaur Nəbiyev 2001-ci il iyulun 1-də Şəmkir rayonu Ələsgərli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Zaur Nəbiyev oktyabrın 3-də Talış və Suqovuşan yaşayış məntəqələri istiqamətində gedən döyüşlərdə tərəfindən açılan artilleriya atəşi nəticəsində şəhid olub. Qəhrəman şəhidimiz Şəmkir rayonu, Ələsgərli kəndində dəfn olunub.

Vətən müharibəsində göstərdiyi şücaətə gorə Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Nəbiyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zaur Nəbiyev  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, sakit təbiyyətli, mərd, sadəlöv, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəmkir rayonu, Nəsir Nəsirov adına tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəbiyev Ələddin Alxan oğlu Ana: Nəbiyeva Lamiyyə Nəsib qızı Bacı: Nəbiyeva Gültəkin Ələddin qızı Bacı: Nəbiyeva Aytəkin Ələddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər