Nəbizadə Rüfət Ağayar
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Nəbizadə Rüfət Ağayar

Ata adı: Ağayar

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Bakı Hərbi hospital
📍
Dəfn Olunduğu Yer Bakı Suraxanı rayonu, Dədə Qorqud qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin zabiti şəhid leytenant  Nəbizadə Rüfət Ağayar oğlu 24 iyun 1998-ci ildə Bakı şəhərində peşəkar hərbçi zabit ailəsində doğulmuşdur. 2004-cü ilin sentyabrında Bakı şəhəri  Qaradağ rayonunun 106 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2010-cu ilin sentyabr ayından yaşayış yerinin dəyişməsi ilə əlaqədar olaraq təhsilini Bakı şəhəri Suraxanı rayonu 285 nömrəli məktəbində davam etdirmişdir. 2013-cü ildən təhsilini Ağdam rayonu 12 nömrəli  köçkün tam orta məktəbində davam etdirərək 2015-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

2015-ci ilin avqust ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarını uğurla verərək zabit atasının hərbi yolunu şərəflə davam etdirmək üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyə Respublikası Milli Müdafiə Universiteti Quru Qoşunları Ali Hərbi Məktəbinə hərbi təhsil almaq üçün göndərilmişdir. Hərbi təhsilə başladığı ilk andan öz ölkəsinin adını uca tutmaq üçün bütün çətinlik və məhrumiyyətlərə sinə gərərək 2019-cu ildə bu ali hərbi məktəbi orada hərbi təhsil alan xeyli sayda 16 ölkənin yerli və xarici kursantları arasında ən yüksək balla, 4 baldan 3,7 balla birincilər sırasında bitirmişdir. Bundan əlavə o, 18 iyul - 10 avqust 2018-ci il tarixində Türkiyədə Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilən kursda ölkəmiz adına birincilik qazanaraq Mərkəzin rəisi general-mayor Ömər Faruk Bozdəmir tərəfindən təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. O, öz üzərində ciddi çalışaraq dil kurslarına yazılmış və  ingilis dilini də mükəmməl mənimsəmişdir.

2018-ci il tarixində Türkiyə Respublikası Milli Müdafiə Universiteti Quru Qoşunları Ali Hərbi Məktəbinə işgüzar səfər etmiş Azərbaycan Respublikası Müdafiə naziri cənab  general-polkovnik Zakir Həsənovun azərbaycanlı kursantlarla görüşü zamanı əla qiymətlərlə oxuduğu üçün və yüksək fiziki hazırlığına görə şəxsən cənab nazir tərəfindən qiymətli hədiyyə, üzəri yazılmış qol saatı ilə mükafatlandırılmışdır. 2019-cu ildə “Türkiyə Sualtı İdman Federasiyası”nın nəzdində kursa yazılaraq 18 m-ə sərbəst dalış üzrə bir ulduz, daha sonra isə 40 m-ə sərbəst dalış üzrə iki ulduz beynəlxalq sertifikatını qazanmışdır.

Türkiyə Respublikası Milli Müdafiə Universiteti Quru Qoşunları Ali Hərbi Məktəbində təhsil aldığı müddət ərzində Azərbaycan Respublikası Hərbi Attaşeliyinin bütün ictimai tədbirlərində yaxından iştirak edərək ölkəmizin xarici ölkənin təhsil alanları arasında daha yaxından tanınmasında fəal iştirak etmişdir.

31 avqust 2019-cu il tarixində buraxılış mərasimində ölkəmiz adına təhsilini yüksək balla birincilik qazanaraq bitirdiyi üçün digər 16 ölkə birinciləri ilə tribunaya Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın hüzuruna dəvət edilərək diplomu bu ölkənin Milli Müdafiə nazirinin müavini cənab Yunus Əmrə Qara Osman tərəfindən təqdim edilmiş və ilk “leytenant” zabit hərbi rütbəsi alaraq bu ali hərbi məktəbi “piyada ixtisası” üzrə bitirmişdir.

2019-cu ilin sentyabr ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qubada yerləşən “N” nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil  tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin iyun ayından isə yuxarı komandanlıq tərəfindən yüksək hərbi biliyi və şəxsi fiziki hazırlığı nəzərə alınaraq  həmin hərbi hissədə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən Xüsusi Təyinatlı Dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri vəzifəsinə təyin edilmişdir.

2020-ci ilin avqust ayının əvvələrindən şəhid leytenant Rüfət Nəbizadə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin “N” nömrəli hərbi hissənin tərkibində çox böyük həvəs və sevgi ilə təlimlərə qatılmışdır. Təlimlər sentyabr ayının 25-dək davam etmişdir. 27 sentyabr tarixindən Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Vətən Müharibəsinin elə ilk günündən 1-ci Xüsusi Təyinatlı taborun (Əfsanəvi tabor) tərkibində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətindən döyüşlərə qatılmışdır. Cəbrayılın, Fizulinin və doğma Azərbaycanımızın muğam beşiyi olan Şuşanın alınmasında əvvəlki gündən qələbəyə olan günə qədər əvvəl mayor Nizami Əliyevin,  Vətən Müharibəsi qəhrəmanı şəhid mayor Şıxamir Qaflanovun və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Vətən Müharibəsi qəhrəmanı Gündüz Səfərlinin taborunda qrup komandiri olaraq şiddətli döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. Şuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı  şəxsən özü 20-yə yaxın erməni döyüşçüsünü məhv etmişdir. Məhv etdiyi həmin erməni döyüşçülərindən ikisi polkovnik rütbəsində olmuşdur. Onlrdan biri Şuşa polis alayının komandiri erməni polkovnik Artyom Mirzoyan idi.

Şuşa uğrunda gedən döyüşlər zamanı 6 və 8 noyabrda iki dəfə ağır kontuziya və zədələr almışdır. Lakin o, heç bir həkimə müraciət etməmiş, əsl Azərbaycan zabiti kimi sona qədər rəşadətlə vuruşmuşdur. Bir neçə döyüş yoldaşlarını yaralı olaraq döyüş meydanından sağ-salamat çıxarmağa müvəffəq olmuşdur. Onlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncədə yerləşən “N” nömrəli hərbi hissəsindən əsgər Dəniz Abdurəhmanlı və öz döyüşdüyü Xüsusi təyinatlı əfsanəvi taborda qrup komandiri olmuş “Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Xəyyam Əzizovu, əsgər Daşqın Əzizovu və başqalarını göstərmək olar.

23 noyabr 2020-cil tarixində şəhid leytenant  Nəbizadə Rüfət Ağayar oğlu Xüsusi Təyinatlı Qoşunların tərkibində Murovdağ istiqamətindən Kəlbəcərə daxil olaraq 29 noyabr 2020-ci il tarixinədək Vətən Müharibəsi qəhrəmanı mayor Gündüz Səfərlinin rəhbərliyi altında Kəlbəcər rayonunun Rusiya sülhməramlı qüvvələrindən təhvil alınmasında qrup komandiri olaraq iştirak etmişdir.

Müharibədən sonra şəhid leytenant  Nəbizadə Rüfət Ağayar oğlu Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iki dəfə aldığı kontuziya və zədələr səbəbindən uzun müddət müalicə almış, lakin müalicələr heç bir nəticə verməmişdir.

4 may 2021-ci il tarixndə leytenant  Nəbizadə Rüfət Ağayar oğlu 44 günlük Vətən Müharibəsində aldığı kontuziya və zədələr səbəbindən uzun sürən xəstəlikdən vəfat edərək şəhidlik zirvəsinə yüksəlmişdir. O, 5 may 2021-ci il tarixndə Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur.

Şəhid leytenant  Nəbizadə Rüfət Ağayar oğlunun şəhadətə ucalmasından il yarım sonra 05 yanvar 2023-cü il tarixində onun qardaşı dünyaya gəlmişdir. Ailəsi onun əziz xatirəsinə ehtiram əlaməti olaraq körpəni Rüfətin ən çox sevdiyi ad olan “Alparslan” ad ilə adlandırmışlar.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin zabiti şəhid leytenant  Nəbizadə Rüfət Ağayar oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Cəbrayılın, Fizulinin və Şuşanın azad olunması uğrunda medalları ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən isə “Hərbi xidmətlərində fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu 12 nömrəli tam orta məktəb
Ali Təhsil Türkiyə Respublikası Milli Müdafiə Universiteti Quru Qoşunları Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nəbiyev Ağayar Nadir Oğlu Ana: Nəbiyeva Elnarə Tahir qızı Bacı: Nəbizadə Mehriban Ağayar qızı Qardaş: Nəbizadə Alparslan Ağayar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər